Tələbələrin köçürülməsi başa çatır

Tələbələrin köçürülməsi başa çatır
  07 Fevral 2020    Oxunub:2845
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulu bu gün başa çatır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, prosesə fevralın 1-dən start verilib.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib. 2016-cı ildə köçürülənlərin sayı 83, 2017-ci ildə 1333, 2018-ci ildə 1897, 2019-cu ildə isə 2646 nəfər təşkil edib.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti