Çavuşoğludan İdlibdəki hücuma reaksiya
“İdlibdə şəhid olan türk qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirəm”, - deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İdlibdə dörd türk əsgəri şəhid olub, daha 9 hərbi qulluqçu yaralanıb. Ankara hücumun Əsəd qüvvələri tərəfindən edildiyini açıqlayıb. Rəsmi Dəməşq isə hadisə barədə hələlik açıqlama verməyib.
Pərvanə Sultanova
Azvision.az