Rza Zərrabla Ebru Gündeşin eşq hekayəsi.. - FOTOLAR

Rza Zərrabla Ebru Gündeşin eşq hekayəsi.. - FOTOLAR
  23 Dekabr 2013    Oxunub:13147
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Rza Zərrab qaçaqmalçılıq və rüşvət iddiası ilə saxlanıldıqdan sonra onunla bağlı məlumatlar gündəmdən düşmür. 29 yaşlı Rza Zərrabın adı indiyə kimi daha çox eşq macəralarında hallanırdı. Türk mətbuatı onun özəl həyatını diqqətlə izləyir, şəxsi həyatı ilə bağlı məlumatları diqqətdə saxlayırdı.

Son olaylardan sonra günün qəhrəmanına çevrilən Rza Zərrab özündən yaşca böyük, Türkiyənin məşhur və cazibədar xanım müğənnisi Ebru Gündeşlə evlidir. Hamının haqqında danışdığı bu cütlüyün maraqlı sevgi heyakəsi 2008-ci ilə təsadüf edir.



Həmin ilin dekabr ayında Ebru Gündeş sevgilisi Osmantan Erkırdan ayrılmışdı. Bu ayrılığın əsl səbəbi kimi Rza Zərrabın adı hallanırdı. Lakin onlar sevgili olduqlarını 2010-cu ildə, 2 ildən sonra elan etdilər.
Həmin il isə iş adamı Rza Zərrabın eşq həyatı yaşadığı müğənni Azəri qızı Günellə yolları ayrılmışdı. Ayrıldıqdan sonra keçmiş sevgillər bir-birlərinin ünvanına sərt fikirlər səsləndirir, mətbuatın gündəmindən düşmürdülər.

Aylar öncə Günelin haqqında səsləndirdiyi fikirlərə münasibət bildirəndə Rza Zərrab keçmiş sevgilisinə belə cavab verərək Ebru Gündəşə dəlicəsinə aşiq olduğunu etiraf etmişdi.

“Ebru Gündeş mənim dəlicəsinə aşiq olduğum, uğrunda canımdan keçəcəyim qadındır. Bir il əvvəl Ebru və mən ömür boyu bir yerdə olmaq qərarı ilə bu yola çıxmışıq”.

Ebru Gündeş də Rza Zərrabdan öncə bir neçə dəfə eşq həyatı yaşayıb.

Türkiyə mətbuatı yazır ki, müğənni 16 illik sənət həyatına 12 albom, 15 sevgili sığdıra bilib. Azərbaycanlı iş adamı Ebru Gündeşin sayca 15-ci sevgilisidir.

Buna baxmayaraq, Rza Zərrabla Günel arasındakı qalmaqalın cütlüyün münasibətlərinə təsir etdiyi də deyilirdi. Ebru Gündeş ayrılmaq qərarını demək üçün Rzanın evinə gedəndə isə iş adamı onu evlənmə təklifi ilə qarşılayır. Aralarında 10 yaş fərq olan cütlük evlənməyə qərar verirlər. Səssiz-səmirsiz evlənən cütlüyün nikah mərasimi 2010-cu il fevralın 11-də Kəmərburqazdakı evlərində baş tutub. Yalnız 6 nəfərin iştirak etdiyi toyda Ebru Gündeşin gəlin paltarı geyinmədiyi, sadə ağ paltarda olduğu qeyd edilirdi.



İş həyatı ilə yanaşı həm də şair olan Rza Zərrab Ebru Gündeşin “Evet” adlı albomu üçün sözü və musiqisinin müəllifi özü olan “Sadece sevdim” adlı mahnı da yazmışdı.
Bundan sonra cütlük tez-tez bahalı hədiyyələri ilə gündəmə gəlirdi. Iş adamı Rza Zərrab Ebru Gündeş üçün “Regnum Escana” evlərindən 3 milyon türk lirəsi dəyərində villa almışdı. Bu villa cütlüyün qohumları və yaxın dostlarının qalmağı üçün alınmışdı.

2011-ci i oktayabrın 15-də cütlüyün Alara adlı qızları dünyaya gəldi. Ebru Gündeş ana olmağının sevincini bu sözlərlə ifadə etmişdi:

“Bu mesajı oxuyursuzsa, deməli qızım Alara sağ-salamat dünyaya gəlib. Xoşbəxtliyi və həyəcanımı mənimlə bölüşən hər kəsə təşəkkür edirəm”.
Rza Zərrab isə Alaranın doğulmağı münasibətilə Ebru Gündeşə İstanbulun Kanlıca bölgəsində 40 milyon dollar dəyərində villa və İstanbulun Levent bölgəsində “Sapphire”dən 3 milyon 750 min türk lirəsi dəyərində ofis hədiyyə etmişdi.

Cütlük daha sonra qızları üçün də ev aldıqlarını mediaya açıqladılar. Belə ki, iş adamı hazırda tikintisi davam edən və Etilər bölgəsində yerləşən “Nisbetiye 10”dan 750 min lira ödəyərək 2 otaqlı ev alıb.

Rza Zərrabın Ebru Gündeşə hədiyyələri bununla kifayətlənmir. O, keçən il Bodrumdan 1 milyon avroluq bağ evi alaraq həyat yoldaşına hədiyyə etmişdi. Ebru Gündeş həyat yoldaşından təkcə ev deyil, həmçinin maşın və təyyarə hədiyyəsi də alıb. Belə ki, Rza Ebru Gündeşə 960 min avro dəyərində olan və “kralların avtomobili” adı verilən İngiltərə istehsalı Rolls-Royce Phantom da hədiyyə edib. Hədiyyələr arasında Challenger 300 tipli şəxsi təyyarə də var. Kanadanın “Bombardier” şirkətinin istehsalı olan təyyarə 2009-cu il buraxılışıdır. Onun dəyəri 12-16 milyon dollar arasında dəyişir.

Mətbuatda yayılan xəbərlərdə Rzanın həyat yoldaşı üçün Dubayda da ev aldığı bildirilir. Mütəmadi olaraq həyat yoldaşından bahalı hədiyyələr alan Ebru Gündeş buna belə münasibət bildirirdi.

“Belə getsə, mənimçün Marsı da alacaq”.

Rza Zərrabın Ebruya son hədiyyəsi isə həbsindən bir neçə gün əvvəl aldığı tablodur. Yeni il münasibətilə alınan hədiyyənin dəyəri 1 milyon 50 min türk lirəsidir. O, Nəzmi Ziyanən “sənətçinin evi” rəsm əsəridir.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti