Ağdaşda 450 min ağac əkiləcək

Ağdaşda 450 min ağac əkiləcək
  22 Dekabr 2013    Oxunub:1216
Ağdaşda yeni meşələr salınır.
Ağdaş rayonunda meşələrin mühafizəsi, yeni meşələrin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi işləri gedir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən bildiriblər ki, hazırda Ağdaşda bu ilin planı üzrə yeni mədəni meşələrin salınması işləri davam etdirilir. Bu günədək 50 hektar torpaq sahəsi əkinə hazırlanmışdır. Sentyabr-dekabr aylarında 35 hektar sahədə ağac əkilib. Əsasən şam, qovaq, akasiya və iydə ağaclarından ibarət on minlərlə ağac hesabına Kür çayının kənarındakı Tuqay meşələri daha da genişləndirilib.

Ağdaş, Göyçay və Ucar rayonlarında yerləşən 7.580 hektar meşə sahəsini əhatə edən Ağdaş Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin nəzdində iri tingçilik təsərrüfatı da fəaliyyət göstərir. Orada yetişdirilən 450 min ədəd ağac tingindən meşələrin salınmasında, eləcə də həmin rayonlarda təşkil edilən ağacəkmə aksiyalarında geniş istifadə olunur.


Teqlər:  





Xəbər lenti