"Keşlə" Almaniya klubuna uduzdu

"Keşlə" Almaniya klubuna uduzdu
  17 Yanvar 2020    Oxunub:3754
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Çikau” klubu ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. "Keşlə"nin yeganə qolunu 31-ci dəqiqədə Lorenzo Frutos vurub.

Qeyd edək ki, "Keşlə" yanvarın 22-də Rusiyanın “Arsenal”, 24-də isə Slovakiyanın “Zemplin” klubları ilə üz-üzə gələcək.

Azvision.az



Teqlər: Keşlə   Almaniya  





Xəbər lenti