UEFA Azərbaycan klublarına pul ayırıb

   UEFA Azərbaycan klublarına pul ayırıb
  28 Dekabr 2019    Oxunub:3112
UEFA-nın ayırdığı vəsait Azərbaycan klublarının hesabına köçürülüb.
Azvision.az xəbər verir ki, UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində cari mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klublar üçün pul ayrılıb. UEFA-dan ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

"Neftçi" - 56,794.43 avro
"Səbail" - 56,794.43 avro
"Qəbələ" - 56,794.43 avro
"Zirə" - 56,794.43 avro
"Sumqayıt" - 56,794.43 avro
"Sabah" - 56,794.43 avro
"Keşlə" - 56,794.43 avro

Qeyd edək ki, "Keşlə”yə nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Azvision.az



Teqlər: UEFA   AFFA   Klub  





Xəbər lenti