Bu il 16 antidopinq qayda pozuntusu aşkarlanıb

Bu il 16 antidopinq qayda pozuntusu aşkarlanıb
  26 Dekabr 2019    Oxunub:2615
2019-cu ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən milli səviyyədə 1350 dopinq testi keçirilib, onlardan 549 test yarış müddətində, 801 test isə yarışdan kənar müddətdə götürülüb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Antidopinq Agentliyinin (AMADA) sədri Şəfəq Hüseynli 2019-cu il üzrə illik hesabatı açıqlayarkən deyib. Onun sözlərinə görə, cari ildə AMADA tərəfindən keçirilən testlərin sayı əvvəlki illə müqayisədə 56,4 faiz artıb.

"İlkin məlumata görə, 2019-cu ildə AMADA 16 antidopinq qayda pozuntusu aşkar edib. Araşdırmalar davam edir və tam dəqiq rəqəm növbəti ilin ilk aylarında məlum olacaq. 2018-cu ildə qayda pozuntularının sayı 27 olub".

Ş.Hüseynli vurğulayıb ki, cari ildə aşkarlanan qayda pozuntularından 4-ü ağır atletika, 4-ü boks, 2-si karate, 1-i sambo, 1-i isə yüngül atletikada qeydə alınıb.

AMADA sədri, həmçinin vurğulayıb ki, idmançıların bioloji pasportlarının sayı 51-dən 80-ə çatdırılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: AMADA  





Xəbər lenti