“Qarabağ”ın rəqibləri müəyyənləşib

  24 Dekabr 2019    Oxunub : 2210
“Qarabağ”ın rəqibləri müəyyənləşib
"Qarabağ" futbol komandasının qış təlim-məşq toplanışının proqramı müəyyənləşib.
Azvision.az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.

Futbolçular yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-sı isə komanda Bakıya dönərək fevralın 2-si baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.

Azvision.az

Teqlər: Qarabağ