London derbisini “Çelsi” qazandı

London derbisini “Çelsi” qazandı
  23 Dekabr 2019    Oxunub:2686
İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Tottenhem” və “Çelsi” klubları arasında keçirilib. London derbisi “zadəganlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Çelsi”nin qələbə qollarını braziliyalı Vilyam vurub.

Qeyd edək ki, bu oyundan sonra xal ehtiyatını 32-ə çatdıran “Çelsi” turnir cədvəlində dördüncü yeri tutub, “Tottenhem” isə 26 xalla 7-cidir.

Azvision.az



Teqlər: Çelsi  





Xəbər lenti