“Qalatasaray” səfərdə məğlub oldu

“Qalatasaray” səfərdə məğlub oldu
  22 Dekabr 2019    Oxunub:2937
Türkiyə Super Liqasında XVI turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, son ölkə çempionu “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub. Gərgin hücumlarla yadda qalan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, Fatih Terimin komandasının cari mövsümdə 4-cü məğlubiyyətidir. Hazırda 24 xalı olan “Qalatasaray” turnir cədvəlində 6-cı sıradadır.

Azvision.az



Teqlər: Qalatasaray  





Xəbər lenti