Yunanıstan səfiri Azərbaycandan gedir

Yunanıstan səfiri Azərbaycandan gedir
  18 Dekabr 2019    Oxunub:2437
Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Azvision.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

Səfir Nikolaos Kanellos diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Nikolaos Kanellosun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yunanıstan   Səfir  





Xəbər lenti