Dünya çempionatında 11 şahmatçımız mübarizə aparacaq

Dünya çempionatında 11 şahmatçımız mübarizə aparacaq
  18 Dekabr 2019    Oxunub:2237
Dekabrın 26-dan 30-dək Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək.
Azvision.az xəbər verir ki, dünya çempionatında Azərbaycanı 10 şahmatçı təmsil edəcək.

Kişilər arasında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynov, Rauf Məmmədov, Namiq Quliyev, Aydın Süleymanlı mübarizə aparacaqlar. Qadın şahmatçıların yarışında isə Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva iştirak edəcəklər.

Azvision.az



Teqlər: Dünyaçempionatı   Şahmat  





Xəbər lenti