“Liverpul” liderliyini möhkəmləndirdi

  14 Dekabr 2019    Oxunub : 1274
“Liverpul” liderliyini möhkəmləndirdi
İngiltərə Premyer Liqasında 17-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, turun açılış görüşündə lider “Liverpul” öz meydanında “Uotford” komandasını qəbul edib. Maraqlı epizodlarla yadda qalan matç “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu görüşdən sonra xallarının sayını 49-a yüksəldən Yürgen Kloppun komandası turnir cədvəlində liderliyini möhkəmlədib.

Azvision.az

Teqlər: Liverpul