FHN-in əməkdaşı dünya rekordunu yenilədi - FOTO

   FHN-in əməkdaşı dünya rekordunu yenilədi -    FOTO
  14 Dekabr 2019    Oxunub:2495
4-8 dekabr 2019-cu il tarixlərində Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 75 kq çəki dərəcəsində iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kq qaldıraraq dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də idmançımız dünya çempionluğu qazanıb.

R.Xəlilov həm də dünya rekordunu qırıb. O, iki hərəkətdə (yerdən qaldırma – 287,5 kq və sinədən sıxma – 173 kq) və ümumi cəmdə (685,5 kq) dünya rekordunu yeniləyib.

Azvision.az


Teqlər: FHN   Əməkdaş   Çempion  





Xəbər lenti