İdmançımız Avropa birinciliyində bürünc medal qazandı

İdmançımız Avropa birinciliyində bürünc medal qazandı
  14 Dekabr 2019    Oxunub:2146
İsrailin Eylat şəhərində keçirilən 15-17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Azvision.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Yaşı 17-yə qədər olan atletlərdə 96 kiloqram çəki dərəcəsində Azərbaycanın iki atleti – Tarmenxan Babayev və Əli Şükürlü qüvvələrini sınayıbar. Əli Şükürlü toplam 306 kiloqram (140+166) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Tarmenxan Babayev birdən qaldırma hərəkətində 145 kiloqram nəticə ilə 4-cü pillədə qərarlaşıb. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 181 kiloqram nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq Avropa birinciliyinin bürünc medalını qazanıb.

Toplam 326 kiloqram (145+181) nəticə ilə T.Babayev yekun sıralamada 4-cü yeri tutub.



Azvision.az



Teqlər: Atlet   Yarış  





Xəbər lenti