Azərbaycan karateçisi İtaliyada gümüş medal qazanıb

Azərbaycan karateçisi İtaliyada gümüş medal qazanıb
  14 Dekabr 2019    Oxunub:2131
Azərbaycan karateçiləri İtaliyanın Venesiya şəhərində dekabrın 13-də start götürən gənclərin “Karate1” Premyer Liqa turnirində iştirak edirlər.
Azvision.az xəbər verir ki, yarışda 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri baş məşqçi Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə mübarizə aparırlar. Yarışın birinci günündə mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) turnirin gümüş mükafatını qazanıb. Ayla Rzazadə (59 kq), Humay Həsənli (59 kq-dan yuxarı), eləcə də Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər iksi kata) mübarizəni medalsız başa vurublar.

Bu yaş dərəcəsində Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli, Əminağa Quliyev (hər ikisi 61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə, Fərid Ağayev (hər ikisi 76 kq), həmçinin 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (52 kq), Nicat Kərimli, Fərid Savadov (hər ikisi 57 kq), Azər Tapdıqlı, Rumil Cəfərli (hər ikisi 63 kq), Arina Bezrebra və Hüseyn Nəsirli (hər ikisi kata) də mükafatlar uğrunda mübarizə aparacaqlar.

Dünya Karate Federasiyasının (WKF) 2019-cu il mövsümündə sonuncu rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.

Azvision.az



Teqlər: Yarış   Karate  





Xəbər lenti