Azərbaycana narkotik gətirən İran vətəndaşı tutuldu - FOTO

  13 Dekabr 2019    Oxunub : 2033
Azərbaycana narkotik gətirən İran vətəndaşı tutuldu - FOTO
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən Azvision.az-a verilən məlumata görə, cari ilin dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın icərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr tiryək narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az

Teqlər: DSX   Narkotik   İran