Güləşçilərimizin Minsk təlimi davam edir

Güləşçilərimizin Minsk təlimi davam edir
  12 Dekabr 2019    Oxunub:1734
Yunan-Roma güləşi üzrə yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Güləş Federasiyasından Azvision.az -a verilən məlumata görə, millimiz “Stayki” Olimpiya İdman Kompleksində yerli komanda ilə birgə hazırlıq keçir. Dekabrın 25-dək davam edəcək hazırlıq prosesində güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.

Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti