Xırdalanda yaşayış binasında yanğın olub

  08 Dekabr 2019    Oxunub : 1038
Xırdalanda yaşayış binasında yanğın olub
Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağında mebel dəsti yanıb.

Yanğın zamanı ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın