Gömrükdə siqaret və şirniyyat əməliyyatı

Gömrükdə siqaret və şirniyyat əməliyyatı
  16 Noyabr 2019    Oxunub:2656
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7800 ədəd siqaretin və 1872 ədəd şirniyyat məhsullarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn vətəndaşların idarə etdiyi "VAZ-21033" və "Honda Ridgeline" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 7800 ədəd "King" markalı siqaret və üzərində "Kent Kakao" sözləri yazılan 1872 ədəd şirniyyat məhsulları aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Siqaret   Gömrük  





Xəbər lenti