Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində - FOTOLAR

 Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində -  FOTOLAR
  15 Oktyabr 2019    Oxunub:2496
Oktyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailə üzvləri ilə görüşdü, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.







Azvision.az


Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva  





Xəbər lenti