"Bəzən pedaqoji şuraların iclasları formal olur" - Nazir müavini

   "Bəzən pedaqoji şuraların iclasları formal olur" -    Nazir müavini
  15 Oktyabr 2019    Oxunub:1253
“Məktəblərdə keçirilən pedaqoji şuraların iclaslarında məktəbləri narahat edən çox ciddi məsələlər müzakirə olunmalıdır. Lakin bir çox hallarda həmin iclaslar formal xarakter daşıyır”.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, əslində həmin iclaslarda heç kim şura iclaslarının ildə 5 dəfə keçirilməsini tələb etmir: “Zərurət yarananda narahatedici məsələlər, yəni qərar qəbul etmək, fikir bildirmək, fikir mübadiləsi aparmaq üçün bir sıra məsələlər Pedaqoji Şuraların müzakirəsinə çıxarılmalıdır. Yaxşı olardı ki, bu il keçirilən şura iclaslarına Təhsil Nazirliyinin nümayəndələri də dəvət edilsin. Şəxsən mən, böyük məmnuniyyətlə, bu iclaslarda iştirak edə bilərəm. Çünki belə iclaslarda ortaya qoyulan təcrübələr bütün ölkə üçün faydalı ola bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti