“Əfv olunan heç bir insan mələk deyil” - Zurabişvili

  28 Sentyabr 2019    Oxunub : 953
 “Əfv olunan heç bir insan mələk deyil” - Zurabişvili
"Əfv bir nəfərin, buna hüququ olan prezidentin qiymətləndirməsidir".
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib. O bildirib ki, əfv etdiyi insanların siyahısını özü tərtib edib və Prezident Administrasiyasından heç kim bu prosesdə iştirak etməyib.

“Əfv siyahısının müəllifi, subyektiv qiymətləndirmə əsasında bu və ya digər şəxsi seçən yeganə şəxs prezidentdir. Mənim tərəfimdən əfv olunan heç bir insan mələk deyil, onlardan heç biri mənə görə haqlı deyil. Bunlar müəyyən vəziyyətlərin qurbanı olan insanlardır. Düşündüm ki, onlara mərhəmət göstərməyə dəyər", -deyə Gürcüstan prezidenti jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Gürcüstan prezidenti avqustun 28-də “Mariamoba” bayramı münasibəti ilə 34 məhkumu əfv edib. Onların arasında ağır qətl törətmiş üç nəfər və 12 il polisdən gizlənən bir məhkum olub. Zurabişvilin imzaladığı əfv fərmanı Gürcüstanda etirazla qarşılanıb. Gürcüstanın Baş Prokurorluğu Zurabişvilinin əfv prosesində vəzifə səlahiyyətlərdən sui-istifadə etməsinə dair istintaq başladıb. Ona qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə cinayət işi açılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan   Zurabişvili