Putin teleaparıcıya vəzifə verdi

Putin teleaparıcıya vəzifə verdi
  09 Dekabr 2013    Oxunub:1264
Rusiya prezidenti Vladimir Putin Dmitri Kiselyovu “RİA Novosti”nin yerində yaradılan “Rossiya Seqodnya” informasiya agentliyinin baş redaktoru təyin edib.
Kiselyov son vaxtlara qədər “Rossiya-1” kanalında teleaparıcı idi və daha çox Ukraynada baş verənləri Rusiyanın marağına uyğun şərh etməsilə diqqət çəkirdi. O, həm də Ümumrusiya Dövlət Radio və Televiziya kompaniyasında sədr müavini kimi çalışıb. 2000-ci ildən 2004-cü ilə qədər isə Ukraynanın “ICTV” kanalında aparıcı kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bugün Vladimir Putin “RİA Novosti” informasiya agentliyini və “Qolos Rossi” radio kompaniyasının ləğvini və onların bazasında “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin yaradılması barədə qərar qəbul edib.


Teqlər:  





Xəbər lenti