Qırğızıstanın Əməkdar artisti Bakıda çıxış edəcək

Qırğızıstanın Əməkdar artisti Bakıda çıxış edəcək
  24 Sentyabr 2019    Oxunub:2479
Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.
Teatrdan Azvision.az -a bildirilib ki, Violetta partiyasını A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekova ifa edəcək.

Tamaşada, həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), Xalq artistləri Əli Əsgərov (Markiz d`Obinyi), Əkrəm Poladov (Doktor Qrevil), solist Nina Makarova (Anina) çıxış edəcəklər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli "Humay" mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Şəhanə Rəhimli
Azvision.az


Teqlər: Teatr  





Xəbər lenti