Gürcüstanda prezidentə cinayət işi açıldı

  20 Sentyabr 2019    Oxunub : 1006
Gürcüstanda prezidentə cinayət işi açıldı
Gürcüstanın Baş Prokurorluğu ölkə prezidenti Salome Zurabişvilinin qalmaqala səbəb olan əfv qərarları ilə bağlı cinayət işi açıb.
Azvision.az TASS- a istinadən xəbər verir ki, Baş Prokurorluq Zurabişvilinin əfv prosesində vəzifə səlahiyyətlərdən sui-istifadə etməsinə dair istintaq başladıb. Ona qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Gürcüstan prezidenti avqustun 28-də “Mariamoba” bayramı münasibəti ilə 34 məhkumu əfv edib. Onların arasında ağır qətl törətmiş üç nəfər və 12 il polisdən gizlənən bir məhkum olub. Zurabişvilin imzaladığı əfv fərmanı Gürcüstanda etirazla qarşılanıb.

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası əfv haqqında qanuna dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan   Zurabişvili