“Nizami” stansiyasında eskalatorun təmiri başa çatıb

“Nizami” stansiyasında eskalatorun təmiri başa çatıb
  18 Sentyabr 2019    Oxunub:1489
İyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.
Bu barədə Azvision.az -a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Ötən müddət ərzində "Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Onu xüsusi vurğulamaq lazımdır ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

“Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti