Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”

Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”
  18 Sentyabr 2019    Oxunub:2574
Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq.
Azvision.az xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.

“Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər. Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı vəd edir.

Azvision.az



Teqlər: Muğam   Mərkəz   Rast   Konsert  





Xəbər lenti