“Jizel” baletinin tamaşası keçiriləcək

“Jizel” baletinin tamaşası keçiriləcək
  11 Sentyabr 2019    Oxunub:2503
Sentabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək.
Azvision.az xəbər verir ki, tamaşada Jizel partiyasını Teatrın balet truppasının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Nigar İbrahimova ifa edəcək. Tamaşanın professional səviyyəsini yüksəltmək məqsədilə Teatrın rəhbərliyi əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanskini dəvət edib.

Tamaşada həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və b. da çıxış edəcəklər.

Tamaşanı Teatrın baş dirijoru - Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Azvision.az



Teqlər: Balet  





Xəbər lenti