Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı

Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
  05 Sentyabr 2019    Oxunub:3045
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər

Müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola biləcəksiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 6‑dan 11‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Azvision.az


Teqlər: DİM   Kollec  





Xəbər lenti