Təhsil nazirindən ilk dərslə bağlı əmr

Təhsil nazirindən ilk dərslə bağlı əmr
  03 Sentyabr 2019    Oxunub:1754
Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq” mövzusuna həsr ediləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Əmr  





Xəbər lenti