Avqustda 11 nəfər suda boğulub, 40-ı xilas edilib

 Avqustda 11 nəfər suda boğulub,    40-ı xilas edilib
  02 Sentyabr 2019    Oxunub:2503
Azərbaycanda avqust ayında 11 nəfər suda (dəniz, çay, süni göl) boğularaq həyatını itirib.

Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya görə, bu müddətdə 40 nəfər suda boğulmaqdan xilas olunub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti qeyd olunan dövr ərzində Hövsan, Şıx, Zağulba, Mərdəkan, Xaçmaz, Qobustan, Nardaran 2, Bilgəh, Şirvan, Qızılqum, Lənkəran, Pirşağı, Corat, Buzovna və Sabirabad sularda xilasetmə məntəqələrinin ərazisində batmaq təhlükəsi olan şəxsləri xilas edib.

Bundan əlavə, Xaçmazda 3, Bakıda 5, Ucarda 1, Yevlaxda 2 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, iyunun 15-dən açıq elan edilən çimərlik mövsümü sentyabrın 15-dək davam edəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Batıb   Su   Dəniz   Çay   FHN  





Xəbər lenti