Tanınmış rəssamlar Qəbələdə toplanır

  01 Sentyabr 2019    Oxunub : 1163
Tanınmış rəssamlar Qəbələdə toplanır
Sentyabr ayının 6-13 tarixlərində Qəbələdə Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə "Art Zone Week" adlı rəngkarlıq simpoziumu keçiriləcək.
Azvision.az xəbər verir ki, sosial yönümlü layihənin əsas məqsədi rəssamlarının gözü ilə Qəbələni respublikamızın əsrarəngiz turzim bölgəsi kimi təşviq etməklə bərabər, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə "Ustad dərsləri" keçməkdir.

Rəssamlar Qəbələnin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində rayonun müxtəlif guşələrində sərbəst mövzularda rəsm əsərləri çəkəcəklər. Bu əsərlər növbəti dəfə keçiriləcək ənənəvi "Art Zone Week" yaradıcılıq həftəsi çərçivəsində sərgilənəcəkdir.

Gələcəkdə bu mədəniyyət tədbirini xarici rəssamların iştirakı ilə, müxtəlif fəsillərdə keçirmək nəzərdə tutulur.

"ART Zone Week" də iştirak edən rəssamlar:

1. Müseyib Əmirov - Azərbaycanın əməkdar rəssamı.
2. Elyar Əlimirzəyev - Azərbaycanın əməkdar rəssamı.
3. Yelena Haqverdiyeva - Azərbaycanın əməkdar rəssamı
4. Vüqar Muradov - Azərbaycanın əməkdar rəssamı
5. Elnur Babayev.
6. Anar Hüseynzadə.
7. Emin Əskərov.


Azvision.az

Teqlər: Qəbələ   Rəssam