Əlavə yerləşdirmə üzrə vakansiya seçimi bitdi

Əlavə yerləşdirmə üzrə vakansiya seçimi bitdi
  30 Avqust 2019    Oxunub:1480
Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 5 min 190 namizəd elektron ərizəsini təsdiqləyərək bu mərhələdə iştirak edib.

Ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti