Peşə məktəblərində boş yerlərə sənəd qəbulu başlayır

Peşə məktəblərində boş yerlərə sənəd qəbulu başlayır
  28 Avqust 2019    Oxunub:1729
Peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək.

İkinci turla bağlı sənəd qəbulunun “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Peşə   Məktəb  





Xəbər lenti