Ali məktəblərə qəbul olanların qeydiyyatı başa çatır

Ali məktəblərə qəbul olanların qeydiyyatı başa çatır
  27 Avqust 2019    Oxunub:1868
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən xəbərə görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 27-si saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sentyabrın 2-dək davam edəcək.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti