Dövlət qulluğu üzrə müsahibədə 51 namizəd uğur qazanıb

Dövlət qulluğu üzrə müsahibədə 51 namizəd uğur qazanıb
  26 Avqust 2019    Oxunub:1208
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, avqustun 26-sı saat 12:50-yə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 51 nəfər uğur qazanıb. Onlardan 23 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 16 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfəri isə Şirvan Apellyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun biliniblər.

İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Azvision.az




Teqlər: DİM   Dövlət-qulluğu   İmtahan   Müsabiqə  





Xəbər lenti