Bakıda ilk dəfə beynəlxalq rəqs yarışması keçirildi - FOTOLAR

Bakıda ilk dəfə beynəlxalq rəqs yarışması keçirildi -  FOTOLAR
  26 Avqust 2019    Oxunub:3342
Avqustun 25-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style” rəqs yarışması keçirilib.
Azvision.az xəbər verir ki, “Red Bull Dance Your Style” müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdikləri beynəlxalq rəqs yarışmasıdır. Bu yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. Yüksək marağa səbəb olduğuna görə 2019-cu il ərzində dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.



Bakı seçimlərində 16 yerli rəqqas iştirak edib: Zied, Mufayat, Rayman, Bboy Kamran Cfc, Misterio, Zico Firestar, Bboy Question Cfc, Gaijin, Lee, Shifu, Crazybeat, Bboy Button, Xan, Bboy Quattro`J, Molnia, Nemo.

Yarışmada münsif heyəti olmayıb, münsiflər rolunda tamaşaçılar çıxış ediblər. Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycandan olan qalib-Rayman Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparıb dünya birincisi olmaq şansı qazanacaq.



Tədbirin qonaqları 2017-ci ildə Azərbaycanda keçirilən Red Bull musiqi yarışmasının qalibi DJ Timin təqdim etdiyi musiqilərdən zövq alıblar. Onu da qeyd edək ki, o, DJ Tim 2018-ci ildə Polşada keçirilən Dünya Red Bull musiqi çempionatında Azərbaycanı təmsil edib.

Mərkəzin parkında təşkil olunan yarışmanın sonunda müğənni Rauf Əhmədov çıxış edib.











Azvision.az


Teqlər: Rəqs   Yarışma  





Xəbər lenti