Cüdoçularımız Macarıstanda məşq keçiblər

Cüdoçularımız Macarıstanda məşq keçiblər
  10 Avqust 2019    Oxunub:1712
Avqustun 25-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən milli komandamızın üzvləri Macarıstanda təlim-məşq toplantısında olublar.
Azərbaycan Cüdo Federasiyasından Azvision.az -a verilən məlumata görə, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıb. Tata şəhərində keçirilən təlim-məşq toplantısında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak edib.

Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempioanatı avqustun 25-dən sentyabrın 2-dək Tokio şəhərində olacaq.

Azvision.az


Teqlər: Cüdo   Macarıstan  





Xəbər lenti