Əsgərlər “Dolu”ya baxdılar

Əsgərlər “Dolu”ya baxdılar
  09 Avqust 2019    Oxunub:2324
Əsgərlər Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Aqil Abbasın Qarabağ həqiqətlərindən bəhs edən “Dolu” romanı əsasında çəkilmiş bədii filmə baxıblar.
Azvision.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, filmin nümayişindən sonra “Dolu” filmində əsas rollardan birini - tabor komandirini canlandıran Xalq artisti Məmməd Səfa əsgərlərin ekran əsəri ilə bağlı suallarını cavablandırıb.

Bədii filmin nümayişi və filmin əsas qəhrəmanlarından birini oynayan aktyorla görüş şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradıb.

Azvision.az



Teqlər: Əsgər   Dolu   Film  





Xəbər lenti