Müsavatın mühacir biznesi - Arif Hacılı etiraf etdi
Azvision.az -ın verdiyi xəbərə görə, A.Hacılı 5 il ərzində 197 nəfərə mühacirət üçün arayış verdiyini etiraf edib. Divan üzvlərinin, konkret olaraq sabiq başqan müavini Yadigar Sadıqlının mühacir biznesi ilə bağlı ittihamlarına gəlincə, Hacılı özünü haqlı çıxarmağa çalışıb.
Qeyd edək ki, sabiq başqan müavini, Divan üzvü Yadigar Sadıqlı Müsavatı şəffaf siyasi təşkilat olmamaqda ittiham edib. Bildirib ki, Hacılının başqanlığı dövründə 197 nəfərə xaricə mühacirətə getmək üçün arayış verilsə də, bu barədə Divan üzvlərinə heç bir məlumat verilməyib. Y.Sadıqlı arayış verilən şəxsləri tanımadıqlarını söyləyib.
“Dəfələrlə təkif etmişik ki, bu arayışların verilməsini dayandıraq. Partiyanı bu məsələlərdən uzaq tutaq. Hətta Müsavat partiyasının müəyyən müddətə arayış verilməsinə moratorium elan etməsini təklif etmişik. Buna əks arqumet irəli sürürlər ki, partiya üzvünün arayış alma hüququ var. Bildirdik ki, heç bir üzvün hüququ partiyanın imicindən artıq deyil. Buna baxmayaraq, təklifimiz qəbul olunmadı. Biz isə çox da üzərinə gedə bilmirik. Çünki bizlərə şər ata bilərlər ki, hökumət də, siz də bu siyahını öyrənmək istəyirsiniz. Məqsədiniz nədir? Yəni bizi hökumətlə iş birliyində ittiham edə bilərlər”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Müsavat Arif-Hacılı Yadigar-Sadıqov Mühacir Arayış