Güləşçimiz dünya üçüncüsü oldu
Pəhləvanımız Murad Haqverdiyev (45 kq) dünya çempionatına inamlı qələbə ilə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının qalibi ilk görüşdə Gürcüstan idmançısına 10:0 hesabı ilə vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan M.Haqverdiyev adını yarımfinala yazdırıb - 9:4. Ancaq bu mərhələdə iranlı güləşçiyə 0:5 hesabı ilə uduzan Murad iyulun 31-də bürünc medal uğrunda mübarizə aparıb. Qırğızıstan təmsilçisi ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya üçüncüsü olub - 10:8.
Güləşçimiz Fərhad Kərimli (60 kq) ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarını üstələyib - 11:0. Həmyerlimiz dörddəbir finalda ABŞ idmançısını da məğlub edərək yarımfinala yüksəlib - 8:1. Ancaq finalın bir addımlığında İran təmsilçisinə 2:12 hesabı ilə məğlub olan F.Kərimli iyulun 31-də üçüncü yer uğrunda da güləşə bilməyib. F.Kərimli zədələndiyi üçün çempionatı medalsız başa vurub.
Azvision.az
Teqlər: Güləş