“Tottenhem” “Real”ı məğlub edib finala çıxdı

“Tottenhem” “Real”ı məğlub edib finala çıxdı
  31 İyul 2019    Oxunub:1968
"Audi kuboku"nda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün əsas qarşılaşması "Real Madrid" və "Tottenhem" klubları arasında baş tutub.

"Alyans Arena"da keçirilən matçda İngiltərə təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə "Tottenhem" final mərhələsinə yüksəlib.

Qeyd edək ki, ingilislər həlledici görüşdə "Bavariya" - "Fənərbaxça" cütünün qalibi ilə üz-üzə gələcək.

Azvision.az


Teqlər: Real-Madrid   Tottenhem  





Xəbər lenti