Milli Kinomuzun “Yeni Nəfəs”i məlum oldu

  30 İyul 2019    Oxunub : 896
Milli Kinomuzun “Yeni Nəfəs”i məlum oldu
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin gənclər üçün təsis edilmiş “Yeni Nəfəs” Milli Kino mükafatını (1000 manat) təqdim edib.
İttifaqın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kino sənətinin inkişafındakı nailiyyətlərinə görə ittifaqın gənc üzvü Fariz Əhmədov bu mükafatına layiq görülüb.

Bundan başqa, ittifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə sənətkarın adına medal və təqaüd, eyni zamanda kinorejissor Rasim Ocaqov adına medal təsis edib. Bununla yanaşı, kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar nəzərdə tutulub.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

Azvision.az

Teqlər: Yeni-Nəfəs   Milli-Mükafat