Ukraynada seçkilər başa çatdı, “exit-poll”un nəticələri - Yenilənib

 Ukraynada seçkilər başa çatdı, “exit-poll”un nəticələri -  Yenilənib
  22 İyul 2019    Oxunub:3159
Ukraynada növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

Azvision.az xəbər verir ki, Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə əsasən, prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçicilərin 43,9 faiz səsini toplayıb.
İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” qərarlaşıb, onlar seçicilərin 11,5 faiz səsini qazanıblar. Üçüncü sırada Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” partiyası (8,9 faiz) yer alıb.

Bundan əlavə, seçkidə Yuliya Timoşenkonun “Batkivşina” partiyası 7,6 faiz, ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası isə 6,3 faiz səs toplayıb.

***
Ukraynada növbədənkənar parlament seçkilərinə start verilib.

Azvision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Səsvermə saat 20:00-da başa çatacaq.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən 3200-dən çox nümayəndə qeydə alınıb.

Xatırladaq ki, deputatların yarısı proporsional, yarısı majoritar dairələrdən seçiləcək. Parlamentdə təmsil olunmaq üçün partiyaların 5 faizlik baryeri keçməsi vacibdir.

Azvision.az



Teqlər: Ukrayna   Seçki  





Xəbər lenti