Sistem tutuquşuları - KARİKATURA

   Sistem tutuquşuları -    KARİKATURA
  10 İyul 2019    Oxunub:9219
Azərbaycanda bir qrup siyasətbaz var ki, ölkədə nə baş verirsə-versin, tutuquşu kimi durmadan eyni fikri təkrarlayırlar: “Sistem dəyişməlidir”.
Fərqi yoxdur ki, baş verən problem hansı sahədədir, mahiyyəti, xarakteri, çıxış yolları necədir... Bu adamlar hər bir məsələnin həlli üçün ancaq bir universal resept təklif edirlər: “Sistem dəyişməlidir”.

Halbuki, bu mücərrəd təklifi sizə istənilən çayxanada verə bilərlər. Özünə hörmət qoyan siyasətçi isə dəqiq və aydın təkliflər irəli sürməlidir. Konkret nə dəyişməlidir? Necə dəyişməlidir? Nə ilə dəyişməlidir? Bunlar üçün fərqi yoxdur; Əsas odur ki, “sistem dəyişməlidir”.

Siyasət tutuquşularına məsləhət görərdik, ağıllı görünmək üçün başqa bir-iki söz də əzbərləsinlər. 21-ci əsrdir, informasiyalar çox tez köhnəlir...


Teqlər: Sistem-dəyişməlidir   Karikatura   Natiq-Cəfərli  





Xəbər lenti