Bu, artıq kino deyil...

  23 İyun 2019    Oxunub : 922
Bu, artıq kino deyil...
“Disney” studiyasının sonuncu işi olan “Aslan Kral” (Lion King) filmində CGI-animasiya ilə reallıq arasındakı fərqlər praktik olaraq aradan qaldırılıb. Film atomar dəqiqliklə real çəkiliş təsiri bağışlayır və təbiət haqqında sənədli filmi xatırladır.
Qeyd edək ki, studiyanın bundan əvvəlki işi olan “Cəngəllik kitabı”nda da CGI-animasiya reallığa həddindən artıq yaxın olması ilə diqqəti cəlb etmişdi. Bu dəfə isə studiya özünün təyin etdiyi yüksəkliyi də aşıb.

“Aslan kral” tamamilə virtual reallıqda yaradılıb. Fİlmdə bir dənə də olsun, kamera ilə çəkilmiş kadr yoxdur. Rejissor Con Favro etiraf edib ki, bu, gələcəyin kinosudur, daha doğrusu, artıq bildiyimiz mənada kino deyil: “Bu cür filmlərə yeni ad tapmaq lazımdır”.

Qeyd edək ki, aktyorların oyununun real vaxt rejimində virtual mühitə ötürülməsini təmin edən “motion capture” texnologiyası 10 il qabaq Ceyms Kameronun “Avatar” filmində tətbiq olunub, sonra “Ready Player One” və “Solo: A Star Wars Story” filmlərində təkmilləşdirilib. Hazırda “Avatar”ın ikinci hissəsinin üstündə işləyən Ceyms Kameron texnologiyanı daha da təkmilləşdirdiklərini bəyan edib.



Teqlər: Kino   Disney   Aslan-Kral