Səfa Mirzəyev Hərbi Ensiklopediya yazıb

Səfa Mirzəyev Hərbi Ensiklopediya yazıb
  07 Fevral 2013    Oxunub:3431
Parlament Aparatının rəhbəri Səfa Mirzəyevin baş redaktorluğu ilə “Azərbaycan Respublikasının hərbi qanunvericilik Ensiklopediyası” nəşr olunub.
Məlumata görə, Azərbaycanda ilk dəfə olaraq nəşr edilmiş bu kitabda respublikada hərbi və təhlükəsizlik sektoruna aid bütün qanunvericilik aktları toplanıb.
Kitabda hərbi sahəyə aid qanunlar, Milli Təhlükəsizlik Strategiyası, Hərbi Doktrina, Konstitusiya Məhkəməsinin qərarları, hərbi nizamnamələr, əsasnamələr, məcəllə və qanunlardan çıxarışlar, Nazirlər Kabinetinin qərarları, Silahlı Qüvvələrin geyim formaları və fərqlənmə nişanları, silahlı qüvvələrin və ayrı-ayrı qoşun növlərinin bayraqları və onların təsvirləri, orden və medallar, onların təsvirləri, müdafiə nazirinin əmrləri və s. yer alıb.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərov tərəfindən hazırlanmış kitabın baş redaktoru parlament aparatının rəhbəri Səfa Mirzəyev, redaktoru isə Nizami Səfərovdur.
Kitabın tərtibatçısı E. Əsgərov APA-ya açıqlamasında bildirib ki, kitabın hazırlanması üzərində uzun illər iş aparılıb. Ensiklopediya adlansa da, bu kitabın ənənəvi ensiklopediyalardan fərqi kitabda cəmləşdirilmiş materialların əlifba ardıcıllığı ilə olmamasıdır.


Teqlər:  





Xəbər lenti