AzVisionun fotoqrafı beynəlxalq müsabiqənin qalibləri arasında

  AzVisionun fotoqrafı beynəlxalq müsabiqənin qalibləri arasında
  08 May 2019    Oxunub:5704
“Gilavar” Azərbaycan Foto Klubunun təşkilatı dəstəyi ilə keçirilən daha bir beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
Foto Klubdan Azvision.az -a bildirilib ki, müsabiqə 3 ölkədə – Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə keçirilib.

Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilən “SPRING CLICKS-2019” adlı fotomüsabiqəyə 56 ölkədən 315 fotoqraf 4 mindən artıq foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, səyahət və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və “Gilavar” foto klubunun həmsədri, “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov da yer alıb.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 208 fotoqraf, o cümlədən Azərbaycandan olan fotoqraflar Rəşad Mehdiyev, Kərim Abbasov, Ramil Zeynalov, Şahin Sərdarov, Aleksandr Firstov, Orxan Əzimov və Nadejda Cavadova layiq görülüb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 13 mükafat əldə olunub. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Qeyd edək ki, mükafatçılar sırasında Azvision.az -ın fotoqrafı Şahin Sərdarovun da adı var.

Azvision.az



Teqlər: Foto   Müsabiqə  





Xəbər lenti