“Qanunun zərif əli” "CinemaPlus"da
Azvision.az xəbər verir ki, film Beynəlxalq Kann kinofestivalında "Rejissorların ikihəftəliyi" proqramında nümayiş olunmuşdur, harada ki, "Dram müəllifləri və bəstəkarları cəmiyyətinin mükafatı"na layiq görülmüşdür. Film həmçinin doqquz kateqoriya üzrə "Sezar" mükafatına nominasiya olunub.
Filmi səsləndiriblər Əlixan Rəcabov, Ofeliya Novruzqızı, Emin Nəsirli, Azadə Abbasova, Allahverdi Yolçiyev, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vügar Hüseynov, Aytac Məmmədova və Nərmin Həlibova.
Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, ingilis dilindən tərcümə Şəhla Əliqızı, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.
Filmin rejissoru Pyer Salvadori.
Baş rollarda Adel Enel, Pio Marmay və Odri Totu.
Film haqqında qısa məlumat: İvonn cavan polis müfəttişinə qəfil məlum olur ki, onun vəfat etmiş əri heç də ləyaqətli qanun keşikçisi olmayıb: onun günahı ucbatından Antuan adlı gənc 8 ilini türmədə keçirir. İndi İvonn, Antuanın normal həyata qaytarmaq üçün hər cür köməyə etməyə çalışır.
Tədbirin təşkilində dəstək olmuşdurlar: “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution və Şeh Su.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.
Azvision.az
Teqlər: